Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov noyabrın 24-də Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Yeni Yaşayış massivində vətəndaşlarla növbəti səyyar - qəbul keçirib. Görüşdə Şahmar Usubovla birgə, rayonun hüquq-müahfizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri də iştrak ediblər. Səyyar qəbulda sakinlərin əsas müraciətləri işlə təminolunma üçün olub. İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib.